Çayda yoxa çıxan kişi timsahın mədəsində tapıldı - VİDEO

Oxunma sayı: 216
28-01-2022, 22:59

Çayda yoxa çıxan kişi timsahın mədəsində tapıldı - VİDEO
İndoneziyanın Papua əyalətinin sakinləri yeddi metrlik timsahın mədəsində kişi qalıqları tapıblar.

Arasdırma.infonun xarici mediaya istinadla xəbərinə görə, 30 yaşlı Demiens Yuda xərçəngləri yumaq üçün çaya gedib və yoxa çıxıb.

Timika şəhər axtarış və xilasetmə xidmətinin rəisi Corc Mersi Rendonq bildirib ki, yerli sakinlər indoneziyalını tapmaq üçün səlahiyyətlilərlə əməkdaşlıq ediblər. Axtarış qrupu nəhəng timsah tapıb və onu tutmaq qərarına gəlib.


Yeddi metrlik timsahın mədəsini kəsdikdən sonra yerli sakinlər içərisində insan qalıqları aşkar ediblər.//lent.az

Paylaş
Xəbər lentİ