Məşhur futbolçunun həyat yoldaşı konsertdə güllələndi - FOTO

Oxunma sayı: 190
31-01-2022, 20:26

Məşhur futbolçunun həyat yoldaşı konsertdə güllələndi - FOTO
Məşhur paraqvaylı futbolçu İvan Arturo Torresin həyat yoldaşı, model Kristina Aranda San- Bernardinoda keçirilən Jaumina Fest musiqi festivalında konsert zamanı atışma zamanı ölümcül güllə yarası alıb.

Arasdırma.info Lent.az-a istinadla məlumatına görə, 29 yaşlı bloqqer başından güllə yarası alaraq xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.

Tədbirdə “Olimpiya” klubunun müdafiəçisi Torres də olub və həyat yoldaşını xəstəxanaya aparmağa kömək edib.

Qadının 25 dəqiqə reanimasiyada olduğu, sonra isə dünyasını dəyişdiyi qeyd edilir.

Məlumata görə, insident konsert məkanının VİP zonasında baş verib. Modeldən başqa, cinayətkar Marcos İqnacio Rojas Mora adlı şəxsi də güllələyib.

Təsdiqlənməmiş məlumatlara görə, qatilin iddia edilən hədəfi yerli əhalinin Ederson Salinas Benitez adlandırdığı narkotik alverçisi olub.

Məşhur futbolçunun həyat yoldaşı konsertdə güllələndi - FOTO
Məşhur futbolçunun həyat yoldaşı konsertdə güllələndi - FOTO

Paylaş
Xəbər lentİ