Rus ordusu Kiyevə girdi - DƏHŞƏTLİ DÖYÜŞLƏR GEDİR

Oxunma sayı: 136
24-02-2022, 18:04

Rus ordusu Kiyevə girdi - DƏHŞƏTLİ DÖYÜŞLƏR GEDİR
Rusiya hərbi texnikası Kiyev istiqamətində hücuma keçib.

Arasdırma.info axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.

“Kiyev vilayətində rus qoşunları dövlət sərhədini pozaraq hücuma keçdilər”, - Demçenko bildirib.

Onun sözlərinə görə, rus hərbi texnika karvanı “Vilça” buraxılış məntəqəsindən keçib.

***

Rusiya silahlı qüvvələrinin hərbi birləşmələri Kiyevə daxil olub.

AZSABAH.COM xəbər verir ki, bu iddia ilə “Frans Press” agentliyi çıxış edib.

Qeyd edək ki, nə Rusiya informasiya agentlikləri, nə də Ukrayna tərəfdən bu barədə hər hansı məlumat yoxdur.

Paylaş
Xəbər lentİ