Rusiyalı milyarderə Böyük Britaniyada yaşama qadağası qoyuldu

Oxunma sayı: 152
24-02-2022, 22:16

Rusiyalı milyarderə Böyük Britaniyada yaşama qadağası qoyuldu
Rusiyalı milyarder, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin Böyük Britaniyada yaşamasına qadağa qoyulub.

Məlum olub ki, ümumiyyətlə milyarder bir neçə aydır ki, “Çelsi”nin ofisində görünmür.


İngiltərə mətbuatı yazır ki, Britaniyanın immiqrasiya rəsmilərinə R.Abramoviçin ölkədə məskunlaşmasının qarşısını almaq tapşırılıb.

Bundan əvvəl isə Böyük Britaniyanın Baş naziri Boris Conson Nazirlər Kabinetində çıxışı zamanı Roman Abramoviçin sanksiyalar altında olduğunu bəyan etmişdi.

Qeyd edək ki, Böyük Britaniya Rusiyadan olan 35 oliqarxın Prezident Vladimir Putinlə yaxın münasibətlərdə olduğu üçün onlara qarşı müxtəlif sanksiyalara tətbiq edib.

//Cahantv.az

Paylaş
Xəbər lentİ