Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürəcək.

Oxunma sayı: 139
26-02-2022, 03:22

Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürəcək.
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı ilk gündə ən zəngin rusiyalı iş adamları 39 milyard dollar itki ilə üzləşiblər. Bu, 2022-ci ilin ilk aylarında yaşanan itkilərindən çoxdur. “Bloomberg” nəşri yazır ki, ən çox itki “LUKOİL” şirkətinin prezidenti, əslən azərbaycanlı Vahid Ələkbərov, “Severstal”ın direktorlar şurasının rəhbəri Aleksey Mordaşov və “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanində olub.
Arasdırma.info xəbər verir ki,itkilər davam edəcək.
Milyarderlərin itkiləri:
Vahid Ələkbərov – 6,2 milyard dollar. Sərvəti 13 milyard dollara düşüb.
Aleksey Mordaşov – 4,2 milyard dollar. Sərvəti 23 milyard dollar olub.
Vladimir Potanin – 3 milyard dollar. Var-dövləti 26,1 milyard dollar olub.
Qeyd olunur ki, fevralın 24-də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlaması fonunda Rusiya fond bazarı tarixin ən böyük çöküşünü yaşayıb. Moskva birjasının indeksi 33% düşüb, rubl dollar qarşısında rekord həddə dəyər itirib. Bununla da iş adamları milyardlarlar itiriblər.

//meydan tv

Paylaş
Xəbər lentİ