İlk olaraq bu ölkə Ukraynaya hərbi yardım göndərdi: "Döyüş sursatı olan karvan artıq çatıb"

Oxunma sayı: 149
26-02-2022, 15:28

İlk olaraq bu ölkə Ukraynaya hərbi yardım göndərdi: "Döyüş sursatı olan karvan artıq çatıb"
Polşa hakimiyyəti Ukraynaya hərbi yardım göstərmək haqqında qərar qəbul edib.

Novoye-Vremya.com xəbər verir ki, bu barədə məlumatı Polşa müdafiə naziri Mariuş Blaşak verib.

Blaşak qeyd edib ki, döyüş sursatı olan karvan artıq Ukraynadadır:

"Ukraynaya təhvil verdiyimiz döyüş sursatı olan karvan artıq qonşularımıza çatıb. Biz ukraynalıları dəstəkləyirik, həmrəyik və Rusiyanın təcavüzünə qəti şəkildə qarşıyıq"- deyə Mariuş Blaşak bildirib.Qafqaz

Paylaş
Xəbər lentİ