“İşğalçılar buraya da öz “kuklalar”ını təyin etmək istəyirdi, planlarını pozduq…” - Zelenski

Oxunma sayı: 157
26-02-2022, 15:29

“İşğalçılar buraya da öz “kuklalar”ını təyin etmək istəyirdi, planlarını pozduq…” - Zelenski
"İşğalçılar dövlətimizi çökdürüb, Donetskdəki kimi öz "kuklalarını” buraya da təyin etmək istəyirdilər”.

Arasdırma.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Dövlət başçısı mübarizənin davam etdiyini deyib:

"Biz ayağa qalxmışıq və düşmənin hücumlarına qarşı effektiv mübarizə aparırıq. Ölkəmizin bir çox şəhər və rayonlarında döyüşlər gedir. Lakin biz bilirik ki, vətənimizi, torpağımızı və uşaqlarımızın gələcəyini qoruyuruq”.

"Kiyev və paytaxt ətrafındakı əsas şəhərlər ordumuzun nəzarətindədir. İşğalçılar dövlətimizi çökdürərək Donetskdəki kimi "kuklalarını” bura qoymaq istəyirdilər. Biz onların planlarını pozduq”, - deyə prezident bildirilib.//sfera

Paylaş
Xəbər lentİ