Çeçen general Maqomed Tuşayev öldürüldü - FOTO - ƏTRAFLI

Oxunma sayı: 147
26-02-2022, 23:43

Çeçen general Maqomed Tuşayev öldürüldü - FOTO - ƏTRAFLI
Kiyev yaxınlığındakı Qostomel hava limanında Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev bu gün məhv edilib.

Arasdırma.info xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
“Çeçenlərin Ukraynada itkiləri var. Mənbəmiz bildirir ki, Kadırovun generalı, Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev öldürülüb. Bu, Putin və Kadırovun ən elit bölmələrindən biridir. Bizim artilleriya çeçen sütununu məhv etdi, çeçen cəsədləri Ukrayna torpağında yatır” – Vertical teleqram kanalı xəbər verir.

Paylaş
Xəbər lentİ