ABŞ-ın Ukraynaya növbəti yardımı Rusiyanı şoka saldı

Oxunma sayı: 149
26-02-2022, 23:51

ABŞ-ın Ukraynaya növbəti yardımı Rusiyanı şoka saldı
ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya 350 milyon dollar dəyərində təcili hərbi yardımın edilməsinə icazə verib.
Arasdırma.info xəbər verir ki, o, yardım paketinə daxil olan silahlar Ukraynanın quru və havadan edilən hücumlara qarşı mübarizə qabiliyyətini gücləndirəcəyini bildirib.

"Bu paket Ukraynaya hazırda üzləşdiyi zirehli, hava-desant və digər təhlükələri aradan qaldırmaq üçün əlavə ölümcül müdafiə yardımını əhatə edəcək. Bu, ABŞ-ın öz suveren, cəsur və qürurlu xalqını müdafiə edən ukraynalıların yanında olduğuna dair daha bir açıq siqnaldır" - deyə Blinken bildirib.

Paylaş
Xəbər lentİ