Ukraynanı tərk edən azərbaycanlılar gülləbaran edildi - Ölənlər və yaralananlar var

Oxunma sayı: 144
27-02-2022, 10:32

Ukraynanı tərk edən azərbaycanlılar gülləbaran edildi - Ölənlər və yaralananlar var
Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar gülləbaran edilib.
Arasdırma.info Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Odessada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu öz sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda bildirilir: "Bir saat öncə Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!!!"

Paylaş
Xəbər lentİ