Birjalardakı çöküş Rusiyalı milyarderləri “kasıblatdı"

Oxunma sayı: 153
3-03-2022, 00:40

Birjalardakı çöküş Rusiyalı milyarderləri “kasıblatdı"
Rusiyalı iş adamları Arkadi Voloj və Oleq Tinkov Ukraynadakı müharibə ilə əlaqədar birjalardakı çöküş fonunda dollar milyarderləri statusundan məhrum olublar.

Arasdırma.info xəbər evrir ki, bu barədə "Forbes” məlumat yayıb.

"Yandex”-in həmtəsisçisi və baş direktoru Arkadi Voloj son üç ayda 2 milyard dollar itirib, indi onun sərvəti 580 milyon dollar həcmində qiymətləndirilir. Oleq Tinkov isə bir aydan az müddətdə 5 milyard dollarından olub.

Rusiya prezidenti Vladimir Putinin Ukraynada hərbi əməliyyat elan etdiyi fevralın 24-dən bəri "Yandex”-in səhmləri 60%-dən çox ucuzlaşıb. "Forbes”-in məlumatına görə, Voloj özü həmin gün 400 milyon dollar itirib. Sonra Nyu-York Fond Birjası (NYSE) və NASDAQ Rusiya səhmlərinin, o cümlədən "Yandex”-in ticarətini dayandırıb.

"Tinkoff Bank”-ın sahibi olan "TCS Group”-un səhmləri Rusiyanın Ukraynada müharibə başlayandan bəri London birjasında 90%-dən çox ucuzlaşıb.

2021-ci ildə Voloj 2,3 milyard dollarla Rusiyanın "Forbes” siyahısında 64-cü, Tinkov 4,7 milyard dollar sərvəti ilə 32-ci yerdə qərarlaşıb.

Martın 2-də "Match TV” telekanalı "LUKOIL” şirkətinin milyarder səhmdarı və "Spartak” futbol klubunun sahibi Leonid Fedunun müharibə başlayandan sərvətinin 80%-ni itirdiyini bildirib. "Forbes”-in 2021-ci ilin sonunda Rusiyanın ən varlı iş adamları reytinqində Fedun 11,1 milyard dollar sərvəti ilə 16-cı yeri tutub.

"Bloomberg” agentliyinin məlumatına görə, Ukraynada müharibənin başlanması ilə əlaqədar 2022-ci ilin əvvəlindən rusiyalı milyarderlərin ümumi itkiləri 84 milyard dollar təşkil edib. Qeyd olunur ki, hərbi əməliyyatın başladığı gün - yalnız fevralın 24-də rusiyalı iş adamları 39 milyard dollar itki verib.

//sfera

Paylaş
Xəbər lentİ