Yaponiya ordunu hazır vəziyyətə gətirdi,Kuril adalarını geri istəyir...

Oxunma sayı: 156
3-03-2022, 17:17

Yaponiya ordunu hazır vəziyyətə gətirdi,Kuril adalarını geri istəyir...
Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar çərçivəsində rus oliqarxlarının aktivlərini dondurmaq niyyətindədir.

Arasdırma.info xəbər verir ki, bunu Yaponiya baş naziri Fumio Kişida mətbuat konfransı zamanı bildirib.

“Biz Rusiya hökumətinin nümayəndələrinə, o cümlədən (Rusiya Federasiyasının) prezidenti Putinə qarşı şəxsi sanksiyalar tətbiq etmişik. Biz həmçinin rusiyalı qondarma oliqarxların aktivlərinin dondurulması üçün tədbirlər görmək niyyətindəyik”, - o deyib.
Yaponiya hökuməti eyni zamanda ordunu hazır vəziyyətə gətirib.
Qeyri rəsmi məlumata görə Rusiya helikopteri Yaponiya hava məkanında peyda olub və bundan sonra ordu hazır vəziyyətə gətirilib.
Siyasi şərhçilərin fikirlərinə görə,vəziyyətdən istifadə edərək Yaponiya hökuməti Kuril adalarının Rusiya tərəfindən işğal olduğunu bir daha yada salıb.

Paylaş
Xəbər lentİ