Əlişir Usmanovun 600 milyonluq yaxtasına əl qoyuldu

Oxunma sayı: 158
3-03-2022, 23:27

Əlişir Usmanovun 600 milyonluq yaxtasına əl qoyuldu
Almaniya hökuməti özbək əsilli rusiyalı milyarder Əlişir Usmanova məxsus olan 156 metrlik lüks yaxtanı müsadirə edib.

Arasdırma.info rus mediasına istinadən xəbər verir ki, buna səbəb Ukraynaya hücum edən Rusiyanın sanksiyalara salınmasıdır.

"Forbes"in yaydığı məlumata görə, yaxta Hamburq şəhərində təmirdə olub. "Dilbar" adlı yaxtanın dəyəri 600 milyon dollardır. Dünyanın ən böyük yaxtası hesab edilən gəminin 16 ton ağırlığı var. İki vertolyot üçün yeri, böyük hovuzu olan su nəqliyyat vasitəsi həmçinin sauna və idman zalından ibarətdir. Yaxta 2015-ci ildə hazırlanıb. Onun istehsalına 5 il vaxt gedib.

Əlişir Usmanov bu haqda heç bir açıqlama verməyib. Onun mal-dövləti hazırda 18,4 milyard dollar dəyərindədir.

Əlişir Usmanovun 600 milyonluq yaxtasına əl qoyuldu

Paylaş
Xəbər lentİ