”450 rus ölüsü, 600 əsir var”: Ukrayna ordusu Rusiya dövlət sərhəddinə ÇATDI/RƏSMİ+FOTO

Oxunma sayı: 166
5-03-2022, 21:05

”450 rus ölüsü, 600 əsir var”: Ukrayna ordusu Rusiya dövlət sərhəddinə ÇATDI/RƏSMİ+FOTO
“Dünən gecədən səhər saat 8- dək bütün cəbhə boyu Ukrayna ordusu döyüş əməliyyatları aparır. 450 rus hərbiçi məhv edilib, 600 əsgər isə əsir götürülüb…”
GUNinfo.az-ın xəbərinə görə bu barədə Ukraynada yaşayan Əltural Mürsəlov rəsmi mənbələrə istinadən sosial şəbəkədə məlumat yayıb.
Eyni zamanda Ukraynanın Silahlı Qüvvələri də Sum vilayəti istiqamətində Rusiya ordusunun darmadağın edildiyinini və Kiyev hərbi güclərinin rus dövlət sərhəd xəttinə çatdığının xəbəri də yayılıb.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov də feysbukda yazıb:

“Təcavüzkar terrorçu dövlət olan Rusiya ilə müharibənin yeddinci günündə 5-ci ön bölmə hərbi dəstələrimizin sərhədçiləri Rusiya Silahlı Qüvvələrinin bölmələri ilə birgə Sum vilayətində Ukraynanın dövlət sərhəd xəttinə çıxıb. Şiddətli döyüşlər gedir, geniş miqyaslı təmizlik işi aparılır” .

Paylaş
Xəbər lentİ