İki ölkənin xüsusi təyinatlıları əvvəldən Ukraynada olub – KƏŞFİYYAT MƏLUMATI

Oxunma sayı: 152
13-04-2022, 01:02

İki ölkənin xüsusi təyinatlıları əvvəldən Ukraynada olub – KƏŞFİYYAT MƏLUMATI
ABŞ və Böyük Britaniyanın elit xüsusi təyinatlılarının - SAS və “Delta Force”nin hərbçiləri Rusiyanın xüsusi əməliyyata başladığı gündən Ukrayna ərazisindədir”.

Arasdırma.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa kəşfiyyatındakı mənbə bildirib.

Qeyd edilib ki, baş nazir Boris Consonun bu yaxınlarda Kiyevə səfəri ondan xəbər verir ki, Britaniya Ukraynanın əsas müttəfiqidir.

Bundan əvvəl “Daily Mail” nəşri Consonun Kiyevə gizli səfərinin təfərrüatlarını açıqlamışdı: “Baş nazir Ukrayna lideri Vladimir Zelenski ilə görüş üçün avtomobil, helikopter, hərbi təyyarə və qatardan istifadə edib”//lent.az

Paylaş
Xəbər lentİ