"Sabina mənimlə cinsi əlaqədə olmaq istəmədi və onu öldürdüm"

Oxunma sayı: 164
15-04-2022, 08:37

"Sabina mənimlə cinsi əlaqədə olmaq istəmədi və onu öldürdüm"
İngiltərədə bədbəxt hadisə yaşanıb.

Arasdırma.info Azxeber.com-a istinadən xəbər verir ki, ingilis dili müəllimi olan Sabina Nessa 2021-ci ilin sentyabrında vəhşicəsinə qətlə yetirilib.

Məlumata görə, gənc qadının cansız cəsədi kolların arasından yarıçılpaq tapılıb. Məhkəmə Nessanın qatilinə ömürlük həbs cəzası verib.

Gənc qızın qatili məhkəmədə "Yolda dayandım və qarşıma çıxan ilk qadınla cinsi əlaqədə olmaq istədim, qarşıma da Sabina çıxdı. O mənimlə cinsi əlaqədə olmaq istəmədi deyə onu öldürdüm" - deyərək özünə bəraət qazandırıb.

Polisin araşdırması nəticəsində saxlanılan 36 yaşlı Koci Selamaj əvvəlcə qətli inkar etsə də, daha sonra qətli törətdiyini etiraf edib.

Paylaş
Xəbər lentİ