Rusiyalı oliqarx arvadını, qızını və özünü öldürdü

Oxunma sayı: 124
19-04-2022, 08:21

 Rusiyalı oliqarx arvadını, qızını və özünü öldürdü
“Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev həyat yoldaşını və azyaşlı qızını öldürdükdən sonra özünə qəsd edib.

Arasdırma.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisənin Moskvanın Universitetskaya prospektindəki yaşayış evlərindən birində baş verdiyi bildirilib.

Cəsədləri ailənin yaxın qohumları aşkar edib.

İlkin versiyaya görə, qətl ailə münaqişəsi zəminində törədilib. Müvafiq orqanın araşdırmasına görə, V.Avayev müxtəlif silahlara sahib olub.

Faktla bağlı müvafiq maddə ilə cinayət işi başlanıb.//azinform

Paylaş
Xəbər lentİ