Azərbaycanlı zavod direktoru 37 yaşında vəfat etdi

Oxunma sayı: 159
29-04-2022, 21:55

Azərbaycanlı zavod direktoru 37 yaşında vəfat etdi
Rusiyada azərbaycanlı zavod direktoru 37 yaşında ürəktutmadan vəfat edib.

Arasdırma.info xəbər verir ki,bu barədə Bakupost.az -a yazıçı-publisist Əkbər Qoşalı məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın irimiqyaslı istehsalat müəssisələrindən olan Lipetsk Sement Zavodunun baş direktoru, əslən Şəkidən olan soydaşımız Elvin Məmmədov 37 yaşında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Elvin Məmmədov Rusiyada yaşayan məşhur azərbaycanlılardan biri, tanınmış xeyriyyəçi Əliş Zabid oğlu Məmmədovun oğludur.

Paylaş
Xəbər lentİ