"Çelsi"nin yeni sahibi bəlli oldu

Oxunma sayı: 155
30-04-2022, 22:04

"Çelsi"nin yeni sahibi bəlli oldu
İngiltərənin "Çelsi" klubunun yeni sahibi məlum olub.

Arasdırma.info Böyük Britaniya mediasına istinadla xəbər verir ki, London təmsilçisini ABŞ-lı milyarder Todd Boeli alıb.

Biznesmenin 4 milyard funt sterlinq ödəyərək "zadəganlar"a sahibləndiyi bildirilir. Boeli həm də NBA-da çıxış edən "Los Anceles Leykers"in də hissədarlarından biridir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "Çelsi"nin sahibi, rusiyalı iş adamı Roman Abramoviç sanksiyalarla üzləşmiş və bu səbəbdən klubu satışa çıxarmışdı.//gundem.az
"Çelsi"nin yeni sahibi bəlli oldu

Paylaş
Xəbər lentİ