40-dan çox rus təyyarəsini məhv edən "Kiyev kabusu" həlak oldu - Ukraynalı pilotun kimliyi İLK DƏFƏ AÇIQLANDI - FOTO

Oxunma sayı: 133
1-05-2022, 06:40

40-dan çox rus təyyarəsini məhv edən "Kiyev kabusu" həlak oldu - Ukraynalı pilotun kimliyi İLK DƏFƏ AÇIQLANDI - FOTO
Ukraynada müqavimətin simvollarından birinə çevrilən və 40-dan çox Rusiya təyyarəsini vurduğu iddia edilən "Kiyev kabusu" ləqəbli qırıcı pilotun öldüyü açıqlanıb.

Arasdırma.info avropa.info-ya istinadən xəbər verir ki, İngiltərənin "The Times" qəzetinə danışan Ukrayna mənbələri pilotun ölümünü təsdiqləyiblər. Eyni zamanda həyatını itirən pilotun kimliyi də ilk dəfə açıqlanıb.

Qeyd olunub ki, 29 yaşlı mayor Stepan Tarabalka martın 13-də Rusiya təyyarələri ilə it döyüşü zamanı MiQ-29 təyyarəsinin vurulması nəticəsində həlak olub. Verilən məlumata görə, Tarabalkanın bir övladı var.

Ukrayna mənbələri pilotun dəbilqəsi və eynəyinin tezliklə Londonda keçiriləcək hərracda satışa çıxarılacağını bildiriblər.

Paylaş
Xəbər lentİ