Zelenski: “Rusiya Ukraynaya 2 014 raket atıb”

Oxunma sayı: 140
6-05-2022, 07:30

Zelenski: “Rusiya Ukraynaya 2 014 raket atıb”
Genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiya qoşunları Ukrayna ərazisinə 2 014 raket atıb.

Arasdırma.info xəbər verir ki,“Report”un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, qeyd edib ki, Rusiyanın döyüş təyyarələri Ukrayna ərazisinə 2 682 dəfə uçub

Zelenski deyib ki, Böyük Britaniyanın Baş naziri Boris Consonun mayın 3-də Ali Radada çıxış etdiyi gün Rusiya ordusu Ukraynaya 15 raket zərbəsi endirib.

“Ümumilikdə, bu müharibə zamanı Rusiya ordusu Ukraynaya qarşı artıq 2 014 raketdən istifadə edib, Rusiya döyüş təyyarələrinin səmamızda 2 682 çıxışı qeydə alınıb. Bu gəlişlərin hər biri xalqımızın ölümüdür, bu, infrastrukturumuzun məhvidir", - Prezident əlavə edib.

Paylaş
Xəbər lentİ