Simonyan Azərbaycanı, əri Qazaxıstanı təhdid edir - Erməni cütlüyün planı

Oxunma sayı: 153
6-05-2022, 07:44

Simonyan Azərbaycanı, əri Qazaxıstanı təhdid edir - Erməni cütlüyün planı
Rusiyada erməni lobbisi Ukraynanın işğalını qızışdırmaqla yanaşı, digər ölkələrə də dil uzadır və belə görünür ki, onların məqsədi “rus imperiyası” təbliğatı adı altında Rusiyanın özünü təcrid vəziyyətinə salmaqdır. Çünki bütün ölkələri təhdid etmək nəticədə təcridə aparır.

“Sputnik”in rəhbəri erməni əsilli Marqarita Simonyanın bu yaxınlarda Azərbaycanı təhdid etməsi, Qarabağın Rusiyaya birləşdirilməsi iddiaları ilə Bakı-Moskva xəttində problemlər yaratmaq cəhdindən sonra onun əri Tiqran Keosayan “efirə çıxdı” və Qazaxıstanı II Dünya müharibəsinin ildönümü münasibətilə paradı ləğv etməkdə ittiham edərək, açıq mətnlə hədələdi.

“Uşaqlar, siz həqiqətən hesab edirsiniz ki, Rusiya harasa buxarlanacaq? Marsa mühacirət edir, yaxud siz mühacirət edirsiniz? Ukraynaya diqqətlə baxın, ciddi düşünün. Bizim səlahiyyətli şəxslərimiz münasibətlərin səviyyəsini təkrar gözdən keçirməlidir. Əgər siz hesab edirsinizsə ki, belə hərəkətələrə görə sizə heç nə olmayacaq, səhv edirsiniz. Dünya dəyişdi, qatar gedir, sizin son vaqona minmək imkanınız var”, - Keosayan təhqiredici jaronla Qazaxıstanı hədələyir və bu ölkəni “naşükürlükdə” ittiham edir.

Daha sonra o, “kim bizimlədir, kim yox” seçiminin edilməsi çağırışını edir.

Qazaxıstan xarici İşlər Nazirliyi Keosayana cavabında bildirib ki, bu şəxsin çıxışı Rusiya ictimaiyyətinin və siyasi isteblişmentinin müəyyən hissəsinin baxışlarını əkst edirə bilər, amma iki ölkə arasındakı əlaqələrin, dövlət başçılarının münasibətlərin ruhuna uyğun deyil.

Qazaxıstan vətəndaşları da Keosayanın təhqirlərinə adekvat reasksiya göstərdi.

Lakin Rusiyadakı erməni lobbisi tərəfindən irəli sürülən bütün bu iddialar, hədələr nə deməkdir?

Birincisi, Rusiya ictimaiyyətinin və siyasi elitasının bir hissəsi belə düşünür və erməni cütlüyün hədə köpüyünü qaldıranlar da onlardır;

İkincisi, bu hədə dolu iddialar Rusiyanın qonşu ölkələri, hətta tərəfdaşları arasında uçurumu genişləndirir;

Bu baxımdan, erməni lobbisinin bunu məqsədli şəkildə etdiyi də istisna deyil. Kremlin Simonyan, Keosayan, Şahnazarov kimi erməni təbliğat ruporlarının çıxışları bunu deməyə əsas verir. Bu gün Rusiya ictimaiyyətində Ukrayna müharibəsinə münasibətdə də əsas təbliğatçıların rus şovinistləri ilə yanaşı, məhz ermənilər olduğunu görmək mümkündür. Post-sovet məkanında işğal siyasətini Rusiya və Ermənistanın birgə aparması fonunda bu o qədər də təccüblü deyil. Ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımılarda da, 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalında da Rusiyanın əvəzsiz dəstəyi olub. Bu gün Ukraynanın işğalı hücumunda da Rusiya ilə yanaşı, Ermənistan aktiv iştirakçıdır. Və Simonyan, Keosayan, Şahnazarov kimilər təbliğat işini üzərlərinə götürüblər. Bu cür iddialar, təhdidlər və təhqirlər bütün hallarda Rusiyanın və rus xalqının əleyhinə olan addımdır.

Paylaş
Xəbər lentİ