Ermənstanda əhali azalıb: Xarici ölkələrə qaçırlar.

Oxunma sayı: 145
6-05-2022, 08:25

Ermənstanda əhali azalıb: Xarici ölkələrə qaçırlar.
Ermənistanda şəhər əhalisinin sayı bir milyon 891 400 nəfərdir, İrəvanda isə bir milyon 93 min 200 adam yaşayır.
Ermənistanın daimi əhalisinin sayı 2 300 nəfər azalıb.
“Novosti Armeniya”nın xəbərinə görə, məlumatı Ermənistan Milli Statistika Komitəsi yayıb.
Bildirilib ki, 2011-ci ilin əhalinin siyahıyaalınmasına əsasən, 2022-ci il aprelin 1-də ölkə əhalisinin sayı 2 milyon 961 600 nəfər, 2021-ci ilin uyğun dövründə bu rəqəm 2 milyon 963 900 nəfər olub.
Məlumata görə, hesabat dövründə Ermənistanda şəhər əhalisinin sayı bir milyon 891 400 nəfər, o cümlədən İrəvanda bu göstərici bir milyon 93 min 200 nəfər, kənd sakinlərinin sayı isə bir milyon 70 min 200 nəfərdir

Paylaş
Xəbər lentİ