Almaniya xaricdən 4 min avro maaşla işçi qəbul edəcək – Peşələrin siyahısı

Oxunma sayı: 126
6-05-2022, 19:11

Almaniya xaricdən 4 min avro maaşla işçi qəbul edəcək – Peşələrin siyahısı
Mərkəzi Avropa ölkəsi olan Almaniya təxminən 4000 avro maaşla 1,5 milyon işçi işə götürəcəyini açıqlayıb.



Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hazırda Almaniyada işsizliyin səviyyəsi 3 faiz civarındadır.

Buna görə də ölkə 1,5 milyon insana iş qapılarını açıb.

Aİ ölkələri arasında rifah səviyyəsi ən yüksək olan ölkələrdən biri olan Almaniya yüzdə 3 civarında olan işsizliyi daha da azaltmaq üçün işçi axtarır.

230 min uşaq bağçası tərbiyəçisi bu peşələrin başındadır.

İkinci yerdə 300 min tibb bacısı və yaşlı xəstələrə baxıcı axtarılır.

Ofisiantlıq da axtarılan peşələr arasındadır.

Santexnik sahəsi üzrə də işçilər qəbul olunacaq.

Yük maşını sürücüsü də siyahıya daxildir.

Paylaş
Xəbər lentİ