Ramzan Kadırovun yalanı üzə çıxdı

Oxunma sayı: 123
8-05-2022, 04:21

Ramzan Kadırovun yalanı üzə çıxdı
Çeçenistan lideri Ramzan Kadırovun yalanı üzə çıxıb.

Kadırov “Tik-Tok”da bu dəfə Luqansk vilayətinin Svetliçnoye kəndinin tutulduğunu bəyan edib. Ancaq sözügedən qəsəbə separatçılar tərəfindən 8 ildir ki, tutulub.

O, “təmizləmə əməliyyatı”nın aparıldığını, daha sonra isə “humanitar tədbirlər” görüləcəyini bildirib.

2014-cü ildən Svetliçnoye kəndi "LNR" yaraqlıları tərəfindən işğal olunub. Yeri gəlmişkən, Svetliçnoye real döyüş yerlərindən 100 km-dən çox məsafədə yerləşir.

Paylaş
Xəbər lentİ