Bayden Ukraynaya silah tədarükü haqqında qanunu imzaladı

Oxunma sayı: 145
10-05-2022, 02:59

Bayden Ukraynaya silah tədarükü haqqında qanunu imzaladı
ABŞ Prezidenti Co Bayden Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya lend-liz müqaviləsi ilə silah tədarükü haqqında qanun imzalayıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin köməkçisi Angela Peres “Twitter” səhifəsində məlumat verib.

O, Baydenin sənədi imzaladığını əks etdirən fotoşəkilini əlavə edərək, “Ukraynanın 2022-ci il Demokratiyasını Müdafiə etmək üçün İcarəyə Vermə Aktı imzalandı” sözlərini yazıb.//lent.az

Paylaş
Xəbər lentİ