Rusiyadan ŞOK GEDİŞ: Xarkovdan geri çəkildi, bu bölgəyə 105 batalyon taktiki qrup yerləşdirdi

Oxunma sayı: 150
14-05-2022, 01:30

Rusiyadan ŞOK GEDİŞ: Xarkovdan geri çəkildi, bu bölgəyə 105 batalyon taktiki qrup yerləşdirdi
Rusiya Donbassda və Ukraynanın cənubunda yüzdən çox batalyon taktiki qrupları cəmləşdirib. Bu rəqəmləri ABŞ Müdafiə Nazirliyi təqdim edib.

Arasdırma.info "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə amerikalı jurnalist Cek Detçe məlumat yayıb.

"Rusiya ordusu Ukraynanın mümkün qədər çox ərazisini ələ keçirmək niyyətindən əl çəkməyib. Rusiya hərbi-siyasi rəhbərliyi Ukraynaya 105 batalyon taktiki qrupu (BTQ) yerləşdirib, onların hamısı Donbassda və ya cənubda cəmləşib. Rusiya müharibəyə təxminən 120 BTQ ilə başlyıb", məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahın məlumatına görə, Rusiya qoşunları Xarkovdan geri çəkilir və Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin onların arxasına keçməsinin qarşısını almağa çalışır. İzyum yaxınlığında rusların atəşi intensivləşib.

Xatırladaq ki, Pentaqon Ukrayna Artilleriya Bölmələrinin Rusiya Federasiyasının Donbasda hücum planlarını pozduğunu elan edib.//publika

Paylaş
Xəbər lentİ