İtlərin hürməyinə qadağa qoyuldu – 15 dəqiqədən artıq hürərsə…

Oxunma sayı: 128
14-05-2022, 23:01

İtlərin hürməyinə qadağa qoyuldu – 15 dəqiqədən artıq hürərsə…
ABŞ-ın İllinoys ştatının Avrora şəhərində günün müəyyən saatlarında itlərin hürməsi məhdudlaşdırılıb.

Arasdırma.info bildirir ki, ABŞ mətbuatında çıxan xəbərə görə, şəhər sakinləri artıq 4-ə qədər ev və ya kənd təsərrüfatı heyvanına sahib ola bilərlər.

Digər tərəfdən, yeni reqlamentdə şəhərdəki itlərin nə qədər və hansı saatlarda hürməsi ilə bağlı göstərişlər də var. Qərara əsasən, saat 07:00-22:00 arası itlər 15 dəqiqədən artıq hürə bilməz. Gecələr bu vaxt 10 dəqiqəyə endirilir. Həddindən artıq səs-küy salan itlərin sahiblərinin cəzalandırılacağı açıqlanıb.//sfera

Paylaş
Xəbər lentİ