Azərbaycan 12 xalı Böyük Britaniyaya yox, Ukraynaya verib - AÇIQLAMA

Oxunma sayı: 133
15-05-2022, 19:42

Azərbaycan 12 xalı Böyük Britaniyaya yox, Ukraynaya verib - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşanıb.
Bakupost.az məlumatına görə, bu səbəbdən əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, yarışmada Martin açıqlayıb.
Martin Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyi açıqlasa da, bunun əslində belə olmadığı məlum olub. Belə ki, Nərmin Salmanova İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini açıqlayıb. Məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, yarışın qalibi Ukrayna olub.

Paylaş
Xəbər lentİ