Sərnişin avtobusunda dəhşətli QƏTL: Arvadının boğazını kəsdi

Oxunma sayı: 146
21-05-2022, 22:04

 Sərnişin avtobusunda dəhşətli QƏTL: Arvadının boğazını kəsdi
Tbilisidə Quramişvili prospektində sərnişin avtobusunda qətl hadisəsi törədilib.

Arasdırma.info xəbər verir ki, kişi mübahisə zəminində həyat yoldaşının boğazını bıçaqla kəsib.

Hadisənin cütlüyün azyaşlı övladlarının gözləri qarşısında baş verdiyi bildirilir. Qadın aldığı yaralardan ölüb.

Cinayəti törədən şəxs hadisə yerində saxlanılıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.//azmedia

Paylaş
Xəbər lentİ