Qanuni oğrular Bakılı Namiqə qarşı toplaşdı - Avtoritetlərin Ukrayna məsələsinə qarışması qadağan edildi

Oxunma sayı: 136
21-05-2022, 22:56

Qanuni oğrular Bakılı Namiqə qarşı toplaşdı - Avtoritetlərin Ukrayna məsələsinə qarışması qadağan edildi

Kriminal aləmin əsas fiqurları avtoritetlər Rusiya-Ukrayna müharibəsinə görə Dubaya toplaşıblar.
Arasdırma.info Bakupost.aza istinadən xəbər verir ki, toplantı ötən həftə “qanuni oğru” Badri Kutaiskinin təşkilatçılığı ilə baş tutub. Görüşə kriminal avtoritet Tariyel Oniani də gəlib.
Görüşdə bildirilib ki, ukraynalı “qanuni oğrular”ın ruslara qarşı döyüşlərdə, hərbi əməliyyatlarda könüllü iştirakı düzgün deyil.
Kriminal aləmdə istənilən halda dövlət və hakimiyyətlə əməkdaşlıq qəbul olunmadığına görə, Ukrayna rejimini də bu məsələdə avtoritetlər dəstəkləməyəcək.
Badri Kutaiskiy Ukrayna “qanuni oğruların”a orduya qoşulmamağı, döyüşlərə qatılmamağı mesajı göndərib:
“Hökumət və oliqarxlar tərəfindən şirnikləndirici təkliflərə uyub, bu qərarı saymayanlar cəzalandırılacaq”.
Əldə olunan məlumata görə, görüşün əsas məqsədlərindən biri də “Xasanovskiy” və Namiq Bakinskiyə qarşı qüvvələri birləşdirməkdir. Bu barədə müəyyən razılıq əldə olunub.

Paylaş
Xəbər lentİ