Kəbənin divarlarına toxunmaq qadağan edildi — Zəvvarlar narazıdır

Oxunma sayı: 131
19-06-2022, 07:31

Kəbənin divarlarına toxunmaq qadağan edildi — Zəvvarlar narazıdır
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin tətbiq etdiyi yeni qaydalar çərçivəsində Kəbənin qarşısına qoyulan maneə səbəbindən müsəlmanlar Kəbənin divarlarına toxuna bilməyəcək.

Arasdırma.info “TRT Haber”ə istinadən xəbər verir ki, müqəddəs torpaqlara çatan zəvvarlar pandemiyadan sonrakı qaydaları təəccüblə qarşılayıblar.


Həcc və Ümrə Nazirliyinin yeni qaydalarına əsasən, “Mültəzəm” və Kəbənin Hacərül – Əsvəd daşı ilə Kəbə qapısı arasındakı hissə kimi tanınan divarlarına üz tutan zəvvarlar, maneə səbəbiylə artıq Kəbə ətrafına toxuna bilmir. Daha əvvəl Hacərül – Əsvədi ziyarət edən müsəlmanlar Kəbəyə dua edirdilər. Yeni qaydaların təvaf ruhuna zidd olduğunu deyən zəvvarlar, Hərəmi-Şərifdə keçiriləcək bütün mərasimlərin müsəlman dövlətlərin dini liderlərindən soruşulmaqla düzənlənməsini tələb ediblər.//demokrat.az

Paylaş
Xəbər lentİ