İkiqat “Oskar” mükafatçısı zorlama ittihamı ilə saxlanıldı

Oxunma sayı: 132
20-06-2022, 09:07

İkiqat “Oskar” mükafatçısı zorlama ittihamı ilə saxlanıldı
Kanada əsilli amerikalı ssenarist, prodüser və rejissor Pol Haqqis İtaliyanın cənubunda zorlama ittihamı ilə saxlanılıb.

İttiham tərəfinin fikrincə, o, əcnəbi qadını cinsi əlaqəyə məcbur edib, sonra onu Brindisi hava limanında ataraq gedib. Hava limanının əməkdaşları və sərhədçilər ona kömək ediblər. Bundan sonra qadın polisə ittiham xarakterli ifadə verib. Onun əsasında Haqqis saxlanılıb.

Qeyd edək ki, Haqqis “Crash” (“Toqquşma”, 2004) və “Million Dollar Baby” (“Milyon Dollarlıq Qız, 2004) filmlərinə görə “Oskar” mükafatı alıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ