Bülənt Ərsoyun məzarına 1,5 milyonluq lift qoyulacaq

Oxunma sayı: 132
22-06-2022, 01:32

Bülənt Ərsoyun məzarına 1,5 milyonluq lift qoyulacaq
Türkiyəli müğənni Bülənt Ərsoy Türkiyə daxili işlər naziri Süleyman Soyluya məzar yeri üçün müraciət edib.
Arasdırma.info xəbər verir ki, Ərsoy jurnalistlərə açıqlamasnda məzarının yerinin artıq müəyyən edildiyini bildirib: “Daxili işlər nazirinə müraciət etdim. Məzar yerim bəllidir”.
Müğənni məzarı üçün 1,5 milyon lira ayırıb.
Müğənninin köməkçisi Fevzi Siverek verilişlərdən birində məsələ ilə bağlı danışıb:
“Bülənt xanıma bir məzar yeri tapdıq. Pərəstişkarlarının əli çatmasın deyə bir az dərin edəcəyik. Ona görə də Bülənt xanımın məzarı liftlə olacaq. Lift də şifrəli olacaq. Məzarını sadə hazırlayacağıq. Dinimizdə təntənə bəyənilmir”.//axsam.az

Paylaş
Xəbər lentİ