Moskvada “qanuni oğru” Zaur saxlanıldı

Oxunma sayı: 126
30-06-2022, 08:22

Moskvada “qanuni oğru” Zaur saxlanıldı
Moskvada gecə saatlarında 50 yaşlı Georgiy Minaşkin saxlanılıb.
O, kriminal aləmdə Zaur Suxumskiy kimi tanınır.
Arasdırma.info xəbər verir ki, onun üzərində axtarış zamanı 4 qram mefedron tapılıb. Bu isə çox böyük ölçüdədir və onu 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Zaur Suxumskiy Kutaisidə 1999-cu ildə qanunu oğru tituluna layiq görülüb.
Hələ bir il öncə Şakronun yaxınları Zaura qarşı çıxmışdılar.
İstintaq qrupunun suallarını cavablandırarkən o, kriminal aləmlə hər hansı bağlılığının olduğunu inkar edib.
Baxmayaraq ki, “sxodkalarda” qanuni oğrularla ümumi fotoları var, Zaur sonuna qədər Qvadzabiya olmasını etiraf etməyib.
Bununla o, cəzasını yüngülləşdirmək istəyir.//Bakupost.az

Paylaş
Xəbər lentİ