Ürəyi dayanan kişi 3 saatdan sonra dirildi

Oxunma sayı: 144
2-07-2022, 09:14

Ürəyi dayanan kişi 3 saatdan sonra dirildi
İngiltərədə kişinin ürəyi 3 saatlıq dayandıqdan sonra yenidən çalışıb.
Arasdırma.info xəbər verir ki, klnikaya gətiriləndə bədən temperaturu 18 dərəcəyə düşmüşdü.
Kişi dostu ilə dağa çıxarkən soyuqdan bədəni donmuş və ürəyi dayanmışdı.
27 yaşlı Tommi çovğunda 10 metr hündürlükdən də aşağı yuvarlanıb.
Alpinistlər 1 saata onu xilasedicilərlə dağdan endirə bilib. Həkimlər onun ürəyinə vertolyotda tibbi müdaxilə etsələr də ürək işə düşməmişdi.
Klinikaya çatdırılandan 2 saat sonra reanimasiya tədbirləri nəticəsində ürək çalışıb, amma Tommi komaya düşüb.
“Mənim bəxtim gətirdi ki, sağ qaldım. Heç nə yadımda deyil. Ürəyim 3 saatdan sonra çalışıb. Bu möcüzədir” – deyə o bildirir.
Hər il minlərlə insanın ürəyi qəfil dayanması ilə həyatını itirir. 90% hallarda bunlar orta yaş kişilər olur.//bakupost

Paylaş
Xəbər lentİ