Dənizdə Faciə - Köpək balığı qadını parçaladı

Oxunma sayı: 123
3-07-2022, 22:01

Dənizdə Faciə - Köpək balığı qadını parçaladı

Misirin Hurqada bölgəsində daha bir qadın köpək balığının hücumu nəticəsində ölüb.

Bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat verib.

Misir rəsmiləri həlak olanların ailələrinə başsağlığı verib.

Bildirilib ki, hazırda mütəxəssislər yırtıcının bu davranışının səbəblərini müəyyən etmək üçün hadisə yerində çalışırlar. O vaxta qədər isə əraziyə yaxın dəniz sularında hər hansı fəaliyyət qadağandır.

Qeyd edək ki, dünən də Misirin məşhur kurortu sayılan Huhrqadada Avstriya vətəndaşı olan bir qadın köpək balığının hücumu nəticəsində həlak olub.

Paylaş
Xəbər lentİ