Bolton istefaya göndərildi - Tramp SƏBƏBİNİ AÇIQLADI

Oxunma sayı: 477
11-09-2019, 07:56

Bolton istefaya göndərildi - Tramp SƏBƏBİNİ AÇIQLADI
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib.

Arasdırma.info "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın özü bildirib.

Trampın tvitter hesabında yazdığına görə, ötən axşam Boltona məlumat verib ki, Ağ Ev onun xidmətlərinə daha ehtiyac duymur.

“Mən administrasiyanın başqa əməkdaşları kimi, onun təkliflərinin çoxu ilə qəti surətdə razı deyildim”, - ABŞ prezidenti yazıb.

Prezident xidmətə görə Boltona təşəkkür edib və dəqiqləşdirib ki, gələn həftə milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayacaq.

Qeyd edək ki, Bolton administrasiyada “müharibə partiyası”nın əsas simalarından hesab olunurdu. Siyasətçi 2003-cü ildə İraqa müdaxilənin əsas tərəfdarlarından biri idi. Bolton 2005-2006-cı illərdə ABŞ-ın BMT yanında daimi nümayəndəsi işləyib.

Tramp 2018-ci ilin martında onu milli təhlükəsizlik üzrə müşavir postuna təyin etmişdi.(Publika.az)

Paylaş
Xəbər lentİ