Twitter" İlon Maskı məhkəməyə verdi

Oxunma sayı: 124
13-07-2022, 09:04

Twitter" İlon Maskı məhkəməyə verdi
Eyni adlı sosial şəbəkənin sahibi olan "Twitter" şirkəti milyarder İlon Maskı şirkəti satın almaq üçün razılaşmanı tamamlamağa məcbur etmək üçün məhkəməyə müraciət edib.

Arasdırma.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Məlumata əsasən, iddia şirkətin vəkilləri tərəfindən Delaver məhkəməsində qaldırılıb və gələcəkdə İlon Maskın "Twitter" ilə birləşmək müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququ olub-olmadığını müəyyən etməlidir.

Xatırladaq ki, “Twitter” amerikalı milyarder İlon Maskı alqı-satqı müqaviləsini ləğv etdiyi üçün məhkəməyə verəcəyini açıqlamışdı. İ.Maskın sözlərinə görə, sosial şəbəkə saxta və spam hesabların sayını aşağı qiymətləndirərək onların sayının istifadəçilərin 5 %-ni keçmədiyini bildirib.

Paylaş
Xəbər lentİ