Ukraynalılar Xerson vilayətində 44 yaşayış məntəqəsini işğalçılardan azad etdi

Oxunma sayı: 131
14-07-2022, 21:14

Ukraynalılar Xerson vilayətində 44 yaşayış məntəqəsini işğalçılardan azad etdi
Ukrayna ordusunun əsgərləri Xerson vilayətində artıq 44 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər.

Eyni zamanda, rayonun əksər hissəsi hələ də müvəqqəti işğal altındadır.

Arasdırma.info xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Dmitri Butriy brifinq zamanı deyib.

Butriyanın sözlərinə görə, işğaldan azad edilmiş yaşayış məntəqələrini yaşayış evlərini, məktəbləri, uşaq bağçalarını Rusiya hərbçiləri daima atəş altinda saxlayırlar.

Ümumilikdə, Xerson vilayətində işğal altında 656 yaşayış məntəqəsi var. Onların əksəriyyəti genişmiqyaslı müharibənin ilk günlərindən işğalçıların nəzarəti altındadır.//redaktor.az

Paylaş
Xəbər lentİ