Bu ölkədə qatarlarda gediş pulsuz olacaq

Oxunma sayı: 136
15-07-2022, 07:49

Bu ölkədə qatarlarda gediş pulsuz olacaq
İspaniyada qatarlarda gediş-gəliş pulsuz olacaq.

Arasdırma.info xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.

Məlumata görə, İspaniya hakimiyyəti Avropada baş verən enerji böhranı və yüksək inflyasiya səbəbindən bu qərarı verib. Beləliklə, 2022-ci il sentyabrın 1-dən Renfe Dəmiryolu nəqliyyatının bir çox qatarları ölkə əhalisi üçün ödənişsiz fəaliyyət göstərəcək.

Bundan əlavə, İspaniya hökuməti digər ictimai nəqliyyatların gediş haqlarını da 50 faiz azaldacağını vəd edib.//sfera

Paylaş
Xəbər lentİ