Rusiyada təyyarə qəzası olub, ölənlər var

Oxunma sayı: 135
16-07-2022, 02:41

Rusiyada təyyarə qəzası olub, ölənlər var
Rusiyanın Krasnodar diyarında An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

"An-2 təyyarəsi eniş zamanı elektrik xətti ilə toqquşma nəticəsində qəzaya uğrayıb. İlk xilasedici bölmələr hadisə yerinə çatdıqdan sonra An-2 təyyarəsinin alovlanmadan qəzaya uğradığı müəyyən edilib", - Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yerdə tələfat və dağıntı yoxdur.

Paylaş
Xəbər lentİ