Məşhur müğənni 50 il həbs cəzası ala bilər

Oxunma sayı: 126
16-07-2022, 23:54

Məşhur müğənni 50 il həbs cəzası ala bilər
Latın Amerikalı müğənni Riki Martinin 7 ay ərzində qardaşı oğluna fiziki və psixoloji təsyiq göstərdiyinə dair iddia qaldırılıb.

Arasdıma.info xəbər verir ki, bu barədə İspaniyanın “Marca” agentliyi məlumat yayıb.

Məlumata görə, müğənninin qardaşı oğlunun iyulun 2-də irəli sürdüyü məişət zorakılığı iddiaları təsdiqlənərsə, ulduz 50 ilə qədər həbs cəzası ala bilər.

Xatırladaq ki, 2010-cu ildə Riki Martin uzun illər homoseksual oriyentasiyasını gizlədib, yalnız 2010-cu ildə həqiqəti etiraf edib. Bundan bir müddət sonra surroqat anadan əkiz oğlanları dünyaya gəlib.

2018-ci ildə isə 46 yaşlı Riki Martin rəssam sevgilisi Cvan Yoseflə evləndiyini açıqlayıb.//publika

Paylaş
Xəbər lentİ