Yunanıstan əhalisi ilə bağlı qorxulu statistika

Oxunma sayı: 126
20-07-2022, 07:18

Yunanıstan əhalisi ilə bağlı qorxulu statistika
Yunanıstanın əhalisi getdikcə azalır.


Ölkənin statistika qurumunun 2021-ci ildə apardığı siyahıyaalma ilə bağlı açıqladığı məlumatlara görə, Yunanıstan əhalisinin 48,6 faizini kişilər, 51,4 faizini isə qadınlar təşkil edir.

Əhalinin sayı əvvəlki siyahıyaalmanın keçirildiyi 2011-ci illə müqayisədə 3,5 faiz azalıb və hazırda 10 milyon 432 min 481 nəfərdir ki, onların da 3 milyon 792 min 469-u paytaxt Afinanın da daxil olduğu Attiki bölgəsində məskunlaşıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ