Putin 20 il sonra Dağıstana gəldi və “arağını” içdi - Video

Oxunma sayı: 474
12-09-2019, 16:51

Putin 20 il sonra Dağıstana gəldi və “arağını” içdi - Video
Rusiya Prezidenti Vladimir Putin Dağıstana gəlib.

Arasdırma.info xəbər verir ki, onun Dağıstanın paytaxtı Mahaçqaladan Botlix rayonuna gedəcəyi və burada 1999-cu ildə baş verən Şamil Basayev və Xəttabın dəstələrinin adı çəkilən rayona hücum zamanı həlak olan şəxslər üçün ucaldılan abidənin qarşısına çələng qoyacağı bildirilib.

Qeyd edək ki, Putin 1999-cu ildə baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edildikdən sonra Botlix rayonuna gəlmiş, buradakı hərbi çadırlardan birində sağlıq demişdi. Putin bu sağlıqdan sonra arağını içməmiş və onun konfliktin həllindən dərhal sonra içəcəyini demişdi.

Putin bu gün etdiyi səfər zamanı sözügedən şərəfə 20 il öncə saxladığı “arağını” içib.Axar.az

Paylaş
Xəbər lentİ