Bu ölkədə 2000-dən çox insan İSTİDƏN ÖLDÜ

Oxunma sayı: 161
1-08-2022, 09:16

Bu ölkədə 2000-dən çox insan İSTİDƏN ÖLDÜ
Son bir ay ərzində İspaniyada həddindən artıq istilər 2064 nəfərin həyatına son qoyub.

Arasdırma.info Publika.az-a istinadla xəbər verir ki, bunu III Karlos Sağlamlıq İnstitutunun məlumatları sübut edir.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çoxdur.

Yüksək temperaturun qurbanları əsasən 85 yaşdan yuxarı insanlar olub ( 1,3 min). Daha 470-i 75-84 yaş, 176-sı 65-74 yaş, 80-ə yaxını isə 45-64 yaş aralığında olan şəxslərdir. Həmçinin 14 yaşından kiçik 10 uşaq yüksək hərarətə tab gətirməyib.

İspaniyada iyul ayında standart temperatur +24 dərəcədir. Bu il termometr +45 dərəcəni göstərib.

Sinoptiklər avqustda ölkəni üçüncü isti dalğasının əhatə edəcəyini və temperaturun normadan 5-10 dərəcə yüksək olacağını ehtimal edir.

İyun ayında İspaniyada istilər səbəbindən 800-dən çox insan həyatını itirmişdi.

Paylaş
Xəbər lentİ