III Dünya Müharibəsinə bəhanə hazırlanır: Yeni Balkan savaşı ən çox kimə sərfəlidir

Oxunma sayı: 41
1-08-2022, 19:11

III Dünya Müharibəsinə bəhanə hazırlanır: Yeni Balkan savaşı ən çox kimə sərfəlidir
Qərb hərbi-siyasi təhlil mərkəzləri bütün dünyanın əsas diqqətinin Ukrayna müharibəsinə indeksləşdiyi bir vaxtda Kosovo-Serbiya savaşının törədilməsinə yönəlik cəhdlərin yeni qlobal savaşa bəhanə yaratmaq niyyəti ilə izah edirlər... Onların fikrincə, buna çalışan “kənar güclər”in sırasında Balkanlarda öz təsir mexanizmlərini qoruyub, saxlayan Rusiyanın da ola biləcəyi istisna deyil...
Ukrayna savaşının nəzarətdən çıxma ehtimalı inandırıcı görüntülər almağa başlayıb. Hazırda bu savaşın təsirləri dünyanın bir çox bölgələrində ciddi şəkildə hiss edilməkdədir. Xüsusilə də, savaşın çoğrafi və geopolitik məkanının genişlənə biləcəyinin ilkin əlamətləri artıq müşahibə olunur. Və bu, bütün dünya üçün daha təhlükəli dövrün o qədər də uzaqda olmadığını göstərir.

Məsələ ondadır ki, Ukrayna savaşının Şərqi Avropaya sıçramaqda olduğu nəzərə çarpır. Kosovo və Serbiya arasında yaşanmaqda olan son silahlı qarşıdurma bu iki qonşu ölkənin hər an savaşa başlaya biləcəklərindən xəbər verir. Hadisələrin belə inkişafı isə ilk növbədə Rusiyanın maraqlarına uyğundur.

Hər halda, Kreml Rusiyanın beynəlxalq rəqiblərinə qarşı ikinci cəbhənin açıla biləcəyindən tamamilə məmnun görünür. Çünki əgər, Kosova-Serbiya savaşı başlayarsa, bu, ilk növbədə Rusiyanın düşdüyü “savaş bataqlığı”nın Şərqi Avropanı da öz içərisinə çəkməsi anlamı daşıyacaq. Yəni, “savaş bataqlığı” Ukrayna sərhədlərini açaraq, Avropanın içərisinə doğru genişlənmiş olacaq.

III Dünya Müharibəsinə bəhanə hazırlanır: Yeni Balkan savaşı ən çox kimə sərfəlidir

Digər tərəfdən, Balkanlarda savaşın başlanması Avropa məkanı ölkələr arasında da ziddiyyətlərin artmasına, hərbi-siyasi parçalanmalara yol aça bilər. Avropa məkanında onsuz da hazırda ilkin parçalanma əlamətləri mövcuddur. Xüsusilə də, Serbiya və Macarıstan məhz Rusiyanın Avropadakı rəqiblərindən fərqli mövqe tutur. Hətta bu iki ölkənin dolayısı ilə Kremlin yanında yer aldığını da iddia etmək olar.

Təbii ki, bu sıraya Rusiya ilə anlaşma tərəfdarı rolunda çıxış edən Almaniya, İtaliya və Fransanı da əlavə etmək mümkündür. Bu üç dövlət də Rusiya əleyhinə beynəlxalq koalisiyanın atdığı addımlarla tam razı deyil. Əksinə, bu koalisiyanın hədəfləri ilə uzlaşmayan siyasi xətt yürüdürlər. Ukrayna savaşının Rusiyaya sərfəli şərtlər çərçivəsində dayandırılmasına yönəlik ideyalarla çıxış edirlər.

Bütün bunları nəzərə aldıqda, Balkanlarda başlayacaq silahlı toqquşmaların istər-istəməz Rusiya əleyhinə koalisiyanı parçalayacağı qətiyyən şübhə doğurmur. Bu isə Rusiya üçün olduqca böyük əhəmiyyət daşıyır. Kremlə yeni hərbi-siyasi manevrlər üçün geniş məkan aça bilər. Və bu baxımdan, Kosovo-Serbiya savaşı Rusiya üçün göydəndüşmə “nəfəslik” olardı.

Ancaq burada daha bir önəmli məqam da var. Belə ki, Balkanlarda savaşın başlaması, eyni zamanda, daha qlobal müharibə təhlükəsini də vəd edir. Hər halda, unutmaq olmaz ki, İkinci Dünya Müharibəsi də məhz Balkanlarda baş verən hadisələr ucbatından başlanmışdı. Və bu “ənənə”nin davam etməyəcəyinə isə qətiyyən təminat yoxdur.


Məsələ ondadır ki, Kosovo-Serbiya savaşı ətrafında maraqlar ciddi şəkildə toqquşarsa, Avropa dövlətləri arasında ziddiyyətlərin arta biləcəyi istisna deyil. Onu da nəzərə almaq lazımdır ki, Serbiya keçmiş Yuqoslaviyanın əsas baza ölkəsidir. Kosovo da daxil olmaqla, Balkanlarda bəzi ölkələr həmin dövlətin tərkibindən ayrılıblar. Üstəlik, bu ölkələrin müstəqillik qazandıqdan sonra da Serbiyaya qarşı narazılıqları və müəyyən iddiaları hələ də qalmaqdadır.

Nəhayət, Serbiya Avropa məkanında soyqırım törətmiş dövlət kimi də tarixə düşüb. Bu ölkənin silahlı qüvvələri ötən əsrin 90-cı illərində Bosniya müsəlmanlarını kütləvi şəkildə qətlə yetiriblər. Minlərlə müsəlmanın həyatına son qoyan həmin qətliam tarixə Srebrenitsa soyqırımı kimi düşüb. Və Serbiya Balkanlarda yeni müharibəyə başlayarsa, keçmiş Yuqoslaviya ölkələri birləşərək, rəsmi Belqrada həmin qətliamı da xatırlada bilərlər.

Məsələ ondadır ki, Yuqoslaviyanın dağıldığı mərhələdə indi müstəqil olan dövlətlərin əksəriyyəti Serbiya ilə silahlı münaqişələr yaşayıblar. Serbiyaya qarşı etimadsızlıq hələ də qalmaqdadır. Hətta hesab olunur ki, keçmiş Yuqoslaviya coğrafiyasında regional müharbələr hər an başlaya bilər.
III Dünya Müharibəsinə bəhanə hazırlanır: Yeni Balkan savaşı ən çox kimə sərfəlidirIII Dünya Müharibəsinə bəhanə hazırlanır: Yeni Balkan savaşı ən çox kimə sərfəlidirOna görə də, vaxtilə bu bölgəyə yeridilmiş NATO sülhməramlı qüvvələri hələ də mümkün savaşın qarşısını almaq məqsədilə regionda saxlanılır. Kosovo-Serbiya qarşıdurmasına NATO qüvvələri də artıq reaksiya veriblər. Belə ki, bu iki qonşu ölkə arasında silahlı toqquşmalar başlayarsa, NATO sülhməramlılarının dərhal müdaxilə edəcəyi bəyan olunub.


Göründüyü kimi, Balkanlarda hərbi-siyasi situsiya artıq nəzarətdən çıxmaq üzrədir. Bəzi Qərb təhlil mərkəzləri bütün dünyanın əsas diqqətinin Ukrayna savaşına yönəldiyi bir vaxtda Kosovo və Serbiya arasında hərbi gərginliyin artmasını gözlənilməz hadisə hesab edirlər. Onların fikrincə, yeni Balkan savaşının yaranma ehtimalında kənar güclərin təsiri qətiyyən istisna deyil.

Maraqlıdır ki, Qərb hərbi-siyasi təhlil mərkəzləri “kənar güclərin təsiri”ndən danışarkən ilk növbədə Rusiyaya eyham vururlar. Onların qənaətinə görə, Şərqi Avropada Rusiyanın təsiri hələ də çox güclüdür. Bu bölgədə Rusiya xarici kəşfiyyat servislərinin fəaliyyəti üçün münbit şərait mövcuddur. Və bu baxımdan, Kremlin Balkanlarda olan bağlantılarını yenidən hərəkətə gətirmiş ola biləcəyi qətiyyən istisna olunmur.

Onu da qeyd etmək lazımdır ki, hazırda Qərb hərbi-siyasi araşdırma mərkəzləri Kosovo-Serbiya savaşı baş verəcəyi təqdirdə, daha çox onun Üçüncü Dünya Müharibəsinə çevrilmə ehtimalının tamamilə real olmasından narahatdırlar. Ona görə də, hesab edirlər ki, bu savaşa heç bir halda, imkan vermək olmaz. Əks halda, yalnız Rusiyanın maraqlarına xidmət edə biləcək yeni qlobal savaş qaçılmaz xarakter daşıyar.

Paylaş
Xəbər lentİ