Belçika Rusiyanın 50 milyard avroluq aktivlərini dondurdu

Oxunma sayı: 133
2-08-2022, 21:12

Belçika Rusiyanın 50 milyard avroluq aktivlərini dondurdu
Belçika Rusiyanın Ukraynaya təcavüzündən sonra maliyyə sanksiyalarına məruz qalan fiziki şəxslər, şirkətlər və digər hüquqi şəxslərə məxsus 50,5 milyard avro vəsaiti dondurub.

Arasdırma.info xəbər verir ki, bu barədə RBC-Ukrayna "De Morgen” nəşrinə istinadən xəbər verir.

50,5 milyard avroluq rəqəmə Belçikada saxlanılan və 1229 nəfərə və 110 digər quruma məxsus pul və səhmlər kimi bütün növ maliyyə aktivləri daxildir. Bunlar maliyyə sanksiyalarına məruz qalan rusiyalı siyasətçilər, oliqarxlar, banklar və şirkətlərdir. Onların bəziləri 2014-cü ildə Rusiyanın Krım yarımadasını işğal etməsindən sonra qara siyahıya daxil edilib, lakin əksəriyyəti fevralda Ukraynanın işğalından sonra sanksiyalara məruz qalıb.


"FPS Finance”ın sözçüsü Francis Adins, ən böyük məbləğin sanksiyalar altında olan hansı fiziki və ya şirkətlərinə aid olduğunu dəqiqləşdirməyib. "Bu barədə təkcə onu deyə bilərik ki, son sanksiyalar dalğasında biz aktivləri dondurulmuş adları tapa bildik”, - Adins bildirib.

Son sanksiya paketləri siyahısına Rusiyanın ən böyük bankı olan Sberbank və dövlətin ən böyük səhmdarı olduğu Rusiyanın ən böyük banklarından biri olan VTB Bank kimi bir neçə bankı əlavə edib.

Xatırladaq ki, Ukrayna Ukraynaya müdaxilədən sonra Qərbdə dondurulmuş yüz milyardlarla dollarlıq Rusiya vəsaitini alacağına ümid edir. Bu 7-8 ay ərzində baş verə bilər.//qaynarinfo

Paylaş
Xəbər lentİ