Ukrayna taxılını daşıyan ilk gəmi Türkiyəyə ÇATDI

Oxunma sayı: 150
2-08-2022, 21:32

Ukrayna taxılını daşıyan ilk gəmi Türkiyəyə ÇATDI
Ukrayna taxılını daşıyan Sierra Leone bayraqlı yük gəmisi Razoni Türkiyənin ərazi sularına daxil olub.

Arasdırma.info xəbər verir ki, bu barədə "MarineTraffic" dəniz analitika provayderinin məlumatında deyilir.

26 min ton qarğıdalı ilə yüklənmiş gəmi bazar ertəsi səhər Ukraynanın Odessa limanını tərk edib. Gəminin İstanbulda yoxlamadan keçəcəyi və son təyinat məntəqəsi olan Livanın Tripoli limanına getməsi gözlənilir.

İyulun 22-də İstanbulda qlobal bazarlara ərzaq və gübrə tədarükü probleminin həllinə yönəlmiş sənədlər paketi imzalanıb.//publika

Paylaş
Xəbər lentİ