Azərbaycan çempionu vəfat etdi - FOTO

Oxunma sayı: 144
3-08-2022, 17:19

Azərbaycan çempionu vəfat etdi - FOTO
Latviya millisinin sabiq futbolçusu Andrey Rubin vəfat edib.



Arasdırma.info Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Qarabağ” və “Simurq”da oynamış yarımmüdafiəçi 44 yaşında ölüb.


Latviya millisi ilə AVRO-2004-ün iştirakçısı olan Rubinin son iş yeri “Oqre” idi. O, bu klubun məşqçisi kimi çalışıb.


Rubin 2008-10-cu illərdə “İnter”, 2010-11-ci illərdə “Qarabağ”, 2011-12-ci illərdə “Simurq”da forma geyinib. O, 2009/10 mövsümündə Premyer Liqanın çempionu adını qazanıb.



Qeyd edək ki, Latviyada “Auda”, “Skonto”, “Metallurq”, İsveçdə “Ester”, Rusiyada “Spartak”, “Şinnik”, İngiltərədə “Kristal Pelas” klublarında oynamış yarımmüdafiəçi karyerasını Zaqatala təmsilçisində başa vurub.

Paylaş
Xəbər lentİ